Azərbaycan millisinin elit-raundda rəqibləri bəlli olub

Qrup oyunları 2019-cu il 20 - 26 martda Rusiyada keçiriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 14:52

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının elit-raundundakı rəqibləri müəyyənləşib.

 

İnterAz xəbər verir ki, püşkə əsasən, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq. Qrup oyunları 2019-cu il 20 - 26 martda Rusiyada keçiriləcək.

 

Bütün qrupların tərkibi belədir: 

 

1-ci qrup: İrlandiya, Rusiya, AZƏRBAYCAN, Rumıniya

 

2-ci qrup: Yunanıstan, Çexiya, İngiltərə, Danimarka

 

3-cü qrup: Almaniya, Macarıstan, Norveç, Xorvatiya

 

4-cü qrup: İspaniya, Hollandiya, Uels, Sloveniya

 

5-ci qrup: Fransa, İsrail, İsveçrə, Polşa

 

6-cı qrup: Portuqaliya (ev sahibi), Şotlandiya, Türkiyə, Kipr

 

7-ci qrup: İtaliya, Serbiya, Ukrayna, Belçika

 

Qeyd edək ki, qrup qalibləri 14 - 27 iyulda Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar.