"Qarabağ"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

21 yaşlı hücumçu cari turda "Keşlə"ni 5:1 hesabı ilə məğlub etdikləri matçda 3 qol vurub.

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 15:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun ən yaxşı futbolçusu müəyyənləşib.

 

İnterAz Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu ada "Qarabağ"ın hücumçusu Mahir Mədətov layiq görülüb. 21 yaşlı hücumçu cari turda "Keşlə"ni 5:1 hesabı ilə məğlub etdikləri matçda 3 qol vurub.

 

Qeyd edək ki, Mahir Mədətov həftənin komandasında da yer alıb. Turun ən yaxşı oyunçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.