AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

İclasda digər məsələlərə dair fikir mübadiləsi də aparılacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 16:43

Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. 

 

İnterAz-ın məlumatına görə, saat 11:00-da başlayacaq iclasda əsas müzakirə mövzusu Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi olacaq.

 

Bundan başqa, aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirə olunacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək.

 

İclasda digər məsələlərə dair fikir mübadiləsi də aparılacaq.