Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin adları açıqlanıb

Bundan başqa Elçin Səmədli futzal üzrə FIFA referiləri siyahısınndan çıxarılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 17:51

Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısı açıqlanıb.

 

İnterAz AFFA-nın saytına istinadən xəbər verir ki, ölkəni beynəlxalq futbol oyunlarında təmsil edəcək baş hakimlərin siyahısında dəyişiklik edilib. Səhhətində problem yaranan Ömər Paşayevi Rauf Cabbarov əvəzləyib.

 

Bundan başqa Elçin Səmədli futzal üzrə FIFA referiləri siyahısınndan çıxarılıb. Səbəb Səmədlinin yaş limitinin dolmasıdır. Nəticədə say 3-ə enib. 

 

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov

 

Referi köməkçiləri: Yaşar Abbasov, Namik Hüseynov, Akif Əmirəli, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

 

Futzal: Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı

 

Çimərlik futbolu: İnqilab Məmmədov, Əli Cəbrayılov, Sədaqət Vəliyeva

 

Qadın referilər: Yuliya Qurbanova, Səbayel Kuzutürk

 

Qadın referi köməkçiləri: Gülyana Özcan, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Gülnurə Əkbərzadə.