Nurməhəmmədov karyerasını bitirməsi barədə danışıb

Buna görə mən çəkimi 70 kiloqramda saxlamaq və bu çəkidə karyeramı başa vurmaq istəyirəm

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 11:05

UFC üzrə rusiyalı çempion Həbib Nurməhəmmədov karyerasını bitirməsi barəsində danışıb.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Sovetskiy sport” nəşri məlumat yayıb. 

 

İdmançı deyib ki, o, karyerasını yüngül çəkidə bitirmək istəyir. 

 

“Çəkini 66 kiloqrama endirmək çox çətindir. Hətta çəkim 70 kiloqram olanda mən, demək olar ki, ölürəm. Hazırda mənim çəkim 83 kiloqramdır. Əgər çəkimi 77 kiloqram etsəm, döyüşə çıxanda 82 kiloqram ağırlığında olacam.

 

Ancaq Vudli və ya Kamaru Usman kimi döyüşçülərin adi halda çəkisi 91-92 kiloqramdır. Onlar 77 kiloqrama kimi çəki ata bilir və döyüşə çıxanda 88-89 kiloqram ağırlığında olurlar. Əgər onlara qarşı döyüşə çıxsam, bizim aramızda 7-8 kiloqram fərq olacaq. Bu, çox əhəmiyyətlidir. Buna görə mən çəkimi 70 kiloqramda saxlamaq və bu çəkidə karyeramı başa vurmaq istəyirəm”, - Nurməhəmmədov bildirib.