Qayınana

05 Oktyabr 2013, 02:20

Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın(Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin (Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar(İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.


Rollarda:

Nəsibə Zeynalova-Cənnət
İnarə Quliyeva-Afət; Zərifə
İlham Namiq Kamal-İlqar
Tanilə Əhmərova- Sevda
Fuad Poladov- Ayaz
Səfurə İbrahimova- Sədaqət
Tələt Rəhmanov- Əli
Kamil Məhərrəmov-Alverçi
Məmməd Sadıqov-Məşədi Kazım (şəkil) Sadıq Həsənzadə-Dişi ağrıyan
Gümrah Rəhimov-Yanğın söndürən
N. Əliyev
K. Dadaşov
R. Həsənov
Mayak Kərimov-İlqarın dostu
Sədayə Mustafayeva-Minayə
V. Quliyev
Dadaş Kazımov-Satıcı
Sadıq Hüseynov-Dişi ağrıyan
Elxan Ağahüseynoğlu-Dişi ağrıyan
Sədaqət Zülfüqarova-Dişi ağrıyan
Hökümə Qasımova-Dişi ağrıyan
Ramiz Əzizbəyli-Dişi ağrıyan
Tofiq Əhmədov-Dirijor