O olmasın, bu olsun

05 Oktyabr 2013, 02:32

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin-Sərvər(Arif Mirzəquliyev) və Gülnazın(Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.