Səndən xəbərsiz

07 Oktyabr 2013, 03:03

Bu film-tamaşada Elçinlə(Yaşar Nuri) Gülnarın(Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz(Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır...