Niyyət

30 Mart 2015, 18:57

2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmin rejissoru Samir Kərimoğludur. Filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Həyat bu iki gəncin yollarını toqquşdurur və onları bir yolda addımlamağa məcbur edir.

“Niyyət” filmi 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb.“Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalının təşkilat komitəsi tərəfindən “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə” nominasiyasında xüsusi mükafatla təltif edilib.

Rollarda:
Fuad Axundov
Rövşən Məmmədov
Münəvvər Əliyeva
Naidə Əliyeva