Yollara qar təmizləyən və qum səpən texnikalar cəlb edilib

  • 6
28 Yanvar 2017, 12:09

Qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saatlarından etibarən paytaxtın müxtəlif küçə və prospektlərinə, o cümlədən ölkənin avtomobil yollarına maşın-mexanizmi və texnika cəlb olunub.

Qar təmizləyən və qum səpən texnikalar , xüsusi ilə, avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edərək, hərəkətin təhlükəsizliyini təmin ediblər.

Baş Dövlət Yol Polisindən də bildirilib ki, havaların qarlı, şaxtalı olması səbəbindən , xüsusi ilə, dağ və dağətəyi bölgələrdə yollar buz bağlayıb. Lakin, bu yollarda da yaranan problemlər aradan qaldırılıb.  Xaçmaz, Quba rayonları ərazisində olan yollara qum səpilib.  Dövlət Yol Polisi sürücülərə hava şəraiti ilə bağlı daha ehtiyyatlı olmaları barədə bir daha xəbərdarlıq edib.