• 21:56

Cavad Cahangirzadə: Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb

10 Yanvar 2017, 17:28

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin ölümü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında bildirib ki, Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb.

Səfir bildirib ki, Rəfsəncaninin vəfatı ilə əlaqədar Azərbaycan nümayəndə heyəti İrana gedəcək və başsağlığını çatdıracaq. O, həmçinin iki ölkə arasında münasibətlərin  gündən-günə inkişaf etdiyini də qeyd edib.
 

İranın ali dini lideri Ayətullah Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam vəl-müslimin Seyid Əli Əkbər Ocaq Nejad bildirib ki, Ali dini liderin nümayəndəsi diqqətə çatdırıb ki, Haşimi Rəfsəncani İranda, İslam dünyasında, eləcə də Azərbaycanla İran arasında münasibətlərin inkişafında böyük xidmətlər göstərib.

 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, Azərbaycanda yaşayan İran vətəndaşları, Azərbaycanın ictimaiyyətinin nümayəndələri, siyasi xadimlər səfirliyə gələrək kitabı imzalayıb və başsağlığı çatdırıblar.

Xatırladaq ki, Əli Əkbər Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanalarından birində ürək tutmasından 81 yaşında dünyasını dəyişib. O, 1989-1997-ci illərdə İran prezidenti olub. Sabiq prezident son vaxtlar İranın ali dini lideri Əli Xameneyinin yanında müşavirə orqanına rəhbərlik edib.