• 21:55

Dayanacaq var, piyada keçidi yox, yolu keçən isə cərimələnir

10 Yanvar 2017, 17:54

Yolun hər 2 tərəfində dayanacaq var. Ona görə də, vətəndaşlar  gündəlik olaraq bu yoldan istifadə edirlər.

Doğurdan da, ərazidə çəkiliş apardığımız qısa müddət ərzində yolu təhlükəli şəkildə keçən yüzlərlə vətəndaş  gördük.

Ekspert Ərşad Hüseynov deyir ki, qanuni olaraq yaşayış məskənləri olan ərazilərdə  300 metrədən bir avtobus dayanacağı quraşdırılmalıdır. Piyada keçidinə gəlincə isə ...  yol hərəkəti haqqında qanunun tələbinə uyğun olaraq hər 150 metrdən bir piyada keçidi olmalıdır. Zığ yolu adlanan bu ərazidə lazımı yerlərdə dayanacaqlar qoyulub. Dayanacaqlar arasındakı  məsafə  250-300 metrdirsə, demək ki, dediyimiz bu ərazidə piyada keçidinin olması mütləqdir. Hal-hazırda isə vətəndaşlar 1 dayanacaq yolu piyada gedərək, yerüstü keçitdən keçmək məcburiyyətində qalırlar.

Piyada keçidi olmayan yoldan keçən vətəndaşlar ara-sıra cərimələnir də. Ekspertlər bildirir ki, yol hərəkətinin təşkilində səhv varsa, nə sürücü , nə də piyada cərimələnə bilməz. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, həmin ərazidə mövcud olan problem araşdırılaraq,  tezliklə müvafiq addımlar atılacaq. Mövzunu diqqət mərkəzində saxlayacağıq.