• 04:42

Siqaret üstündə düşən mübahisə qanlı sonluqla nəticələnib

  • 4
11 Yanvar 2017, 14:13

Siqaret üstündə düşən dava 18 yaşlı gəncin ölümünə səbəb olub.

Hadisə  Cəlilabad rayon Səttərxan küçəsində baş verib.Küçə sakini Emin Abdullayev Yol kənarında ayaqqabısını təmir etdirib geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı Murad Muradov ona yaxınlaşaraq siqaret tələb edib.Emin  siqaret çəkmədiyini bildirsə də bu qarşı tərəfin narazılığına səbəb olub. Yaranan mübahisə daha sonra qanlı sonluqla başa çatıb. Murad Üzərindəki bıçaqla Eminin ürək nahiyyəsinə bir zərbə endirib. 18 yaşlı tələbə aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.Cinayəti törədən Murad Muradov hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon prakurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

 

Qeyd edək ki, qətlə yetrilən Emin Abdullayev Atatük üniversitetinin Bakı filialının birinci kurs tələbəsi olub.