• 09:39

Qazaxda yaşıllıqlar məhv edilir

11 Yanvar 2017, 14:42

Ötən sujetlərimizdən birində  Qazax şəhərinin Çinardibi deyilən ərazisində, rayonun Aqrotexserviz ASC-nin yaşıllıq zonasında olan şam ağacları kəsilərək yerində ticarət obyektlərinin tikintisi ilə bağlı sujet təqdim etmişdik. Sujetimizdən sonra tikinti müvvəqəti dayandırılsa da, bir qədər sonra yenidən davam etdirilib, hazırda isə tikinti aparılan sahənin ətrafında şam ağacları yenidən kəsilərək yerində əlavə ticarət obyetlərinin tikintisi aparılır.

Bu mənzərəyə isə nədənsə aidiyyatı qurumlar göz yumur.

Ətrafda yaşayan sakinlər isə bu ərazinin bir neçə il öncə yaşıllıq zonası kimi ətrafa gözəllik verdiyini deyirlər.

Məsləyə aydınlıq gətirmək üçün Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi Ekalogiya və Təbii Sərvətlər şöbəsində olduq... İş vaxtı olmasına baxmayaraq şöbədə məhsul şəxslərdən heç kəsi yerində tapa bilmədik.

Daha sonra əməkdaşlarımız məsələyə Qazax şəhər bələdiyyəsindən və rayon İcra hakimiyyətindən aydınlıq gətirmək istəyib. Aidiyyatı qrumlar məsələ ilə tanış olduqdan sonra nəinki məsələyə münasibət bildirib, hətta əməkdaşlarımızı qəbul etməkdən belə imtina ediblər.

Yaşıllığın məhv edilməsi  ilə bağlı aidiyyatı qrumları dinləmək üçün mövzuya  yenidən qayıdacayıq.