• 17:13

Manatın günü-gündən ucuzlaşmaması üçün Mərkəzi Bankın növbəti addımları nələr ola bilər?

11 Yanvar 2017, 15:12

“Manat o vaxta qədər ucuzlaşacaq ki,gəlib maliyyə bazarında öz dəyərini tapsın” deyir millət vəkili Vahid Mustafayev.  Azərbaycanın xaricə ixrac etdiyi məhsullar,ölkəmizə idxal olunan məhsuldan azdır.Bu il ilk dəfədir ki, Azərbaycan iqtisadiyyatında  mənfi saldo yaranıb.Belə ki, idxalla ixracı arasındakı fərq 5 milyard manatdır.Buna görə də ticarət əlaqələrini inkişaf etdirib iqtisadiyyatı gücləndirmək üçün strateji yol xəritəsi qəbul olunub və xaricdən mütəxəsislər dəvət edilib. Starateji yol xəritəsinə görə,2017ci ildə manat tam sərbəst buraxılacaq.

Manatın ucuzlaşması ilə əlaqədar bəzi məhsulların qiymətinin qalxması və bununla bağlı əhalidə yaranan narazılığa münasibət bildirən millət vəkili sözlərinə onu da əlavə etdi ki,bu qiymətlərin obyektiv artımı ilə bağlıdır.Obyektiv artımsa o deməkdir ki, məhsullar dollarla xaricdən gətirildiyinə görə, manat ucuzlaşır. Ancaq elə məhsullar var ki,bütünlüklə Azərbaycanda istehsal olunur.Belə məhsullarda  qiymətin qalxması düzgün hal deyil.

Qeyd edək ki, Azərbaycanda istehsal olunan taxil,un məmulatları həmçinin quş məhsulları əlavə dəyər vergisindən azaddır.