• 05:18

İki küçə təmir olunaraq istifadəyə verilib

  • 30
11 Yanvar 2017, 16:42

Paytaxtda daha iki küçə təmir olunaraq, istifadəyə verilib.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin bir hissəsində və Nərimanov rayonu Nəcəf  Nərimanov küçəsində aparılan təmir işləri sona çatıb.Sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Nəcəf Nərimanov küçəsinin 6 min kv.m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Eyni zamanda, küçənin təmir olunan hissəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. C.Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə aparılıb. Küçənin sözügedən hissəsində 5 500 kv.m sahəyə yeni asfalt-beton örtük döşənib, piyada səkilərinin kənarlarına isə yeni səki daşları düzülüb.

Qeyd edək ki, növbəti mərhələdə  küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi planlaşdırılır