• 09:37

Binəqədi rayonunda narkotik vasitə aludəçisi saxlanılıb

11 Yanvar 2017, 17:54

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları rayonun Binəqədi qəsəbəsində yaşayan Hüseynov Şahin Malik oğlunu şübhəli şəxs qismində saxlayıblar.

İnterAz-ın xəbərinə görə, istintaq zamanı məlum olub ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib. Belə ki, Hüseynov Şahin Malik oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik maddə hesab edilən 0,254 qram çəkidə heroini əldə edərək üzərində saxlayıb.

Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb.