• 04:58

Yasamal rayonunda quldurluq törədən keçmiş məhkumlar saxlanılıb

  • 3
11 Yanvar 2017, 15:37

Paytaxtın Yasamal rayonunda iki şəxs vətəndaşın evinə girərək silah istifadə etməklə xeyli miqdarda pul və qiymətli əşyalar aparıblar.

İnterAz-a verilən məlumata görə, Eyvazov Nahid Qədir oğlu tanışı Sadıqov Elman Bağman oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgəsinin əmlakını talamaq üçün Yasamal rayonu, Zərdabi prospekti ev 41 mənzil 91 ünvanında yaşayan Hümbətzadə Elmir Rasim oğlunun evinə gəliblər. Onlar E.Hümbətzadəyə zor tətbiq ediblər. Daha sonra Nahid Eyvazov özündə olan silah qismində istifadə edilən qaz tapançası və bıçaqla zor tətbiq edərək sonuncuya bədən xəsarətləri yetirib.

Daha sonra evdən 450 manat nağd pul, 5 ədəd noutbuk, xeyli sayda mobil telefon, modemlər, fen və digər elektrik avadanlıqları quldurluq yolu ilə oğurlanıb.

Qeyd edək ki, saxlanılan şəxslər əvvəlcədən zərərçəkmişi tanıyıblar. Polis saxlanılan şəxslərdən cinayətdə istifadə edilən tapança və bıçağı aşkar edərək götürüb.

Hər iki şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkumluq həyatı yaşayıblar. Nahid Eyvazov qəsdən adam öldürməyə görə, 14 il, Elman Sadıqov isə 13 il həbs cəzası çəkib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində hər iki şəxsə qarşı quldurluq maddəsi ilə cinayəti işi başlanıb. Onların digər cinayət əməlləri törətmələri istisna edilmir.