• 04:13

Bakıda metro stansiyasının qarşısında 58 yaşlı kişi qəfildən dünyasını dəyişib

  • 7
19 May 2017, 16:20

Bu gün səhər saat 10 radələrində paytaxtın Yasamal rayonunda, "Nizami" metro stansiyasının qarşısında 58 yaşlı kişi qəfildən dünyasını dəyişib.  Hadisə şahidlərinin İnteraz-a verdiyi məlumata görə, evdən çıxıb işə gedən Fəxrəddin İmanovu metro stansiyasının qarşısında qəfildən ürəyi tutub və o, keçinib. Qeyd edək ki, mərhum tikinti şirkətlərinin birində qaynaqçı işləyib. Hadisə yerinə Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsinin və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı məlum olub ki, 1959-cu il təvəllüdlü Fəxrəddin İmanov ürək xəstəsi olub.

Onun üzərində ürək xəstəliyindən müalicəyə aid dərmanlar aşkar olunub.Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

 

Faktla bağlı Yasamal Rayon pProkurorluğunda araşdırmalara başlanılıb.