• 04:11

Mübarək Ramazan ayının daxil olmasına sayılı günlər qalır

  • 6
19 May 2017, 16:32

Şəban ayının son günlərindəyik və mübarək Ramazan ayının başlanmasına sayılı günlər qalıb.  Bu mübarək aya daxil olmazdan əvvəl elə əsl zamanıdır ki, gün ərzində məşğuliyyətlərimizi nəzərdən keçirək. Onların içində aqibətimiz üçün birmənalı faydalı olanları sıralıyaq. Əbəs və şübhəli olanlardan imtina edək.

 

İlahiyyatçı Fərrux Miriyev İnterAz-a açıqlamasında Şaban ayın orucundan söhbət açaraq, bu ayın son 3 günündə oruc tutmağın fəzilətindən danışıb. O, bildirib ki, müqəddəs Ramazan ayında edilən savab əməllər digər aylara nisbətən 70 qat artıq savaba malikdir. Bu ayda inanclı şəxs gərək şaban ayının son günlərinin fürsətindən tam istifadə edib, Allah qonaqlığına pak halda daxil olsun.