• 14:34

Baramaçılıqla məşğul olan fermerlərlə görüş keçirilib

19 May 2017, 10:36

Azərbaycanda aqrar sahənin inkişafında Bərdə rayonunun öz töhfələri olub. Yaxın keçmişə nəzər salsaq görərik ki, 1990-cı illərinin əvvəllərində rayonda 500 ton barama istehsal edilib. Bu, kifayət qədər böyük göstəricidir və hazırda rayonda tut bağlarının mövcudluğu baramaçılığın yenidən dirçəldilməsinə imkan verir. Bərdəli kümcülər bu il 11 tondan cox məhsul istehsal eləməyi planlaşdırır.

Ötən il Bərdə rayonunda 4465 kiloqram barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari il də daha çox məhsul istehsal etməyi nəzərdə tutublar. Rayonda artıq Qax Damazlıq İpəkçilik Stansiyasından 230 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 120-dən çox ailəyə paylanılıb. Baramacılıqla yerində tanış olmaq ücün Kənd Təsərrufatı nazirliyi əməkdaşları əməkdaşları yerli mütəxəsilərə bərabər barama  təsərrüfatlarına baxış keçirib, fermerlərlə görüşüblər. Fermerlərə bir sıra məsləhətlərə verən mütəxəsislər bldiriblər ki, baramacılıqda bol məhsul əldə etmək ücün onun saxlanma şəraitinə və  qidalanmaınsa xususi önəm vermək lazımdır.

Qeyd edək ki, Bərdə rayonunda baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. İpəkqurdunun yem bazasının bərpası məqsədilə ötən ilin payız mövsümündə rayon ərazisində 90 min ədəd tut tingi əkilib.