• 04:14

Bərdədə qeyri-adi canlı tapılıb

  • 4
19 May 2017, 11:05

Bərdədə  bir neçə həftəlik bala ərəb dovşanı tapılıb. Nadir heyvanı Uğurbəyli kənd sakini Nəsimi Zeynalov əkin sahəsində təsərrufat işləri ilə məşğul olarkən tapıb. Nadir heyvanı ilk dəfə görən  Nəsimi  onu yaxalamaq üçün xeyli səy göstərib.

Nəsimi Zeynalov yaxaladığı heyvanın hansı növə məxsus olduğunu öyrənmək üçün bütün kəndi dolaşıb. Sonda kəndin yaşlıları ilə söhbət zamanı və internetdə apardığı araşdırma zamanı məlum edib ki, bu ərəbdovşanıdır.

Bu  heyvanın quyruğunun uzunluğu 30 sm metrə yaxın, çəkisi isə 200 qramdan çoxdur.

Əsasən Kür-Araz ovalığında, yarımsəhra və quru çöllərdə yaşayan bu canlının Bərdədə kənd və qəsəbələrdə peyda olması diqqət çəkən məqamlardan olsa da, onu tutan Nəsimin tək istəyi bala ərəbdovşanını heyvanat parkına təhvil verməkdir. Hər halda bu xırda və zərif canlıya yalnız orda düzgün qulluq edilə bilər.