• 23:12

Hacıqabul rayonunun ərazisindən keçən Pirsaatçay çayı məcrasından çıxıb

19 May 2017, 12:47

Hacıqabul Rayonunun Udulu qəsəbə ərazi vahidliyinə daxil olan Qubalı və Tava kəndləri sel-sularına məruz qalıb. Sel-suları daha çox Qubalı kəndinə ziyan vurub. Belə ki, çayın məcrasından çıxması nəticəsində kənddə 15-dən çox fərdi yaşayış evil və təsərrüfat sahələri su altında qalıb. Xeyli sayda ev quşları tələf olub.

Kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Çayın səviyyəsi aşağı düşdüyündən hazırda həyətyanı sahələrdəki sel-suları çəkilib. Bəzi həyətlərdə qalan sular isə su nasosları ilə çəkilərək qurudulub. Çayın üzərindəki qəzalı vəziyyətə düşən körpü bərpa edilib. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə rayon fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb.