• 20:50

İnternat məktəbində “Beynəlxalq ailə günü” qeyd edilib

19 May 2017, 13:48

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bilgəh qəsəbəsindəki 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində Beynəlxalq Ailə Gününə həsr olunan tədbir keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Beynəlxalq Ailə Gününə həsr edilib. Bildirilib ki, hər il internat məktəbində Beynəlxalq Ailə Günü qeyd olunur.

Daha sonra media nümayəndələri internat məktəbi ilə tanış olublar. Qonaqlara məktəbin 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edildiyi bildirilib. Hazırda internat məktəbində 1.108 şagird təlim-tərbiyə alır.

Onu da deyək ki, ötən tədris ilində internat məktəbini bitirən 39 məzundan 10-u sağlamlıq imkanları məhdud şagirddir. Ümumtəhsil siniflərindən məzun olan 29 şagirddən doqquzu ali təhsil müəssisələrinə, bir nəfəri kollecə qəbul olunub.