• 10:40

Abşeron ədəbi məclisinin 1 illiyinə həsr olunan tədbir keçirilib

  • 46
26 May 2017, 11:50

Xırdalan şəhərində yerləşən Abşeron ədəbi məclisinin 1 illiyinə həsr olunan təbir keçirilib. Əsasən fəal qəzəlxanların və əruz yazarlarının iştirak etdiyi məclisdə Azərbaycan klassik ədəbiyyatının və qəzəl janrının bugünkü günü və onun oxuculara başa düşəcəyi şəkildə çatdırılması və s məsələlər müzakirə olunub. Azərbaycan yazışılar birliyinin Abşeron bölməsinin sədri Şəhla Ağbulud tədbirlə bağlı fikirlərini bölüşüb.

Abşeron ədəbi məclisinin təşkilatçısı Səlim Nəsirli də belə tədbirlərin tez-tez keçirilməli olduğunu deyib.

Onu da qeyd edək ki, Azərbaycan yazıçılar birliyinin Abşeron bölmısi 5 ildir fəaliyyət göstərir. Bölmənin ətrafında bu vaxta qədər 100-ə yaxın şair və yazıçı toplaşıb. Sonda isə bəzi qəzəl ustaları Azərbaycan yazıçılar birliyinin fəxri dilomları ilə təltif olunub.