• 09:46

Şabran rayonunda güclü yanğın baş verib

08 Avqust 2017, 15:12

Şabran rayonunda güclü yanğın baş veribHadisə rayonun Qalagah kəndi ərazində biçilmiş əkin sahasində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı kənd sakinlərinə məxsus 70 hektar biçilmiş taxıl sahəsi və Qalagah kənd bələdiyyəsinə məxsus 30 hektar ərazidə kol-kos yanıb. Yanğın söndürənlərin səyi nəticəsində 4 saat ərzində güclü alov söndürülüb. Yaxınlıqdakı meşə sahəsi və fermer təsərrüfatları yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğın ehtiyyatsızlıq səbəbindən baş verib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.