• 18:09

Şəhid Mirəjdər Mürsəlovun anım mərasimi keçirilib

09 Avqust 2017, 16:12

Cəlilabad rayon Göytəpə qəsəbəsində şəhid Mirəjdər Mürsəlovun anım mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimayətinin nümayəndələri iştirak edib. Şəhidin şərəfli ömür yoluna nəzər salınıb. Bildirilib ki, Mirəjdər də vətənin dar günündə öz üzərinə düşən borcunu ləyaqətlə yerinə yetirib.

Cəbhınin ən qaynar nöqtələrində xidmət edən Mirəjdər dəfələrlə düşmənə layiqli cavab verib.

Tədbirin sonunda məktəblilərin təşkil etdiyi ədəbi bədii kompozisiya nümayiş olunub.