• 17:56

Günəş şüası dəri xərçənginə səbəb olur

09 Avqust 2017, 17:33

Günəş, qum, dəniz, sözsüz ki, bunlar hamısı yay istirahətinin bir parçasıdır.

Birmənalı, yay mövsümündə ən çox istirahət üçün üz tutulan məkanlardan biri dənizkənarı çimərliklərdir. Dincəlməklə yanaşı, dərilərinin rəngini dəyişmək üçün günün qızmar çağında çimərliklərə üz tutanlar az deyil. Amma günəş şüasının verdiyi xeyir qədər, ziyanlarından da xəbərdar olmaq lazımdır. Amma zərərlərə məhəl qoymayaraq yayın dadını çıxaranlar da kifayət qədərdir. Biz də çimərlikdə müsahidə apardığımız zaman istirahət edən şəhər sakinləri ilə həmsöhbət olduq. Onlardan bəziləri yayın ləzzətini elə qızmar günəş altında dəniz kənarında çıxarmağın olduğunu dedi, bəziləri isə dəniz kənarına həkimlərin təyin etdiyi vaxtlarda gəldiklərini bildirdilər.

Tibii ekspert Adil Qeybulla isə yalnız təyin olunmuş vaxtlarda günəş şüası qəbul edilməli olduğunu deyir. Əks təqdirdə ağır fəsadlarla nəticələnə biləcək xəstəliklərə yoluxa biləcəklərini deyən ekspert istirahət edən insanları diqqətli olmağa səslədi.

Gəlin yay mövsümünün bu üç ayında elə istirahət edək ki, bir ömür sağlamlığımızdan olmayaq və istirahətimiz davamlı olsun. Hər kəsə xoş istirahətlər...