• 17:56

Bərdə peşə liseyinin tabeliyində olan torpaq sahəsində 30 ildən sonra pambıq əkini aparılıb

10 Avqust 2017, 15:55

Bərdə peşə liseyin tabeliyində olan torpaq sahəsində 30 ildən sonra bu il  ilk dəfə olaraq pambıq əkini aparılıb. Rayonun Mirzəcəfərli kəndi ərazisində 12 hektar sahədə ağ qızıl əkilib.

Böyük həvəslə məhsul becərən təhsil işciləri pambığa vaxtı-vaxtında aqro texniki qaydalara qulluq etdiklərini deyirlər. Məhsulun üstündə qozaların sayının çox olması bol məhsuldarlıqdan xəbər verir. Bu il sahədən 40 sentnerə qədər məshul yığımı planlaşdırlır.

Növbəti ildə daha cox sahələrdə pambıq əkini nəzərdə tutulub. Qeyd edək ki, pambıqdan əldə olunan vəsait məktəbin büdcəsinə daxil ediləcək.