• 17:57

Avqustun 20-dən Sahil metro stansiyası 10 ay müdətinə bağlanacaq

10 Avqust 2017, 16:46

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev O bildirib ki, “Sahil” metro stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Alman şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq. Qurum rəsmisinin sözlərinə görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub.

Qarşıdan yeni dərs ilinin gəldiyini nəzərə alaraq sıxlığın qarşısını almaq üçün  sərnişinlərə alternativ vasitə kimi təklif olunan “Sahil” stansiyasına yaxın ərazidə yerləşən “İçərişəhər” və “28 May” stansiyalarında qatarların hərəkət intervalında dəyişikliyin olub–olmaması ilə bağlı sualımıza Nəsimi Paşayevin cavabı belə oldu.

Paytaxt sakinlərinə gəlincə isə kimi təmir işlərinin vacib olduğun deyir, kimi də bu vəziyyətin gediş gəlişlərinə pis təsir etdiyinə və vaxt itkisinə səbəb olduğundan şikayətləndilər.

Qeyd edək ki, təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.