• 03:09

Goranboyda 41 yaşlı kişi həyat yoldaşını döyərək ağır yaralayıb

12 Avqust 2017, 16:15

Dəhşətli hadisə Goranboy rayonunun Xınallı kəndində baş verib.

 

İnterAz xəbər verir ki, səhər saatlarında bulaqdan su götürməyə gedən Samirə Nəbiyeva ömürgün yoldaşı Amil Abdullayevlə rastlaşıb. Bu zaman onlar arasında mübahisə yaşanıb. Şiddətlənən dava-dalaş zamanı 41 yaşlı kişi şüşə butulkanı sındıraraq həyat yoldaşının başına, üzünə, əllərinə çoxlu zərbələr endirərək ona ağır xəsarət yetirib. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.

 

3 uşaq anası olan qadının doğmalarının sözlərinə görə, cütlük arasında dava-dalaş tez-tez baş verirmiş. Elə buna dözməyən Samirə Nəbiyeva  8 ay əvvəl atası evinə qayıdıb. Amma tərəflər arasında rəsmi boşanma olmayıb.

 

Dəliməmmədli şəhər xəstəxanasına yerləşdirliən qadının vəziyyəti kafi qiymətləndirlir. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.