• 19:17

Yay günlərinin isti keçməsi arıçılığa öz mənfi təsirini göstərib

12 Avqust 2017, 16:38

Bu ilin əvvəlində havaların yağmurlu, yay günlərində isə həddən artıq isti keçməsi arıçılığada öz mənfi təsirini göstərib. Belə ki, arıların yağmurlu və isti hava şəraitində işləmələri çətinləşdiyi üçün bu il məhsuldarlıq az olub.  

 

İnterAz xəbər verir ki, Şahin Cəfərovun az yaşlı nəvələri  də arıçılığa meyilidirlər. Arıçının sözlərinə görə insan hər hansısa bir vəzifənin sahibi olmasından asılı olmayaraq özü və ailəsi üçün arı saxlaya bilsə yaxşı olardı. 

 

Qeyd edək ki, min bir dərdin dərmanı olan arı məhsulları, arıların yüzlərlə çiçəklərdən topladığı məhsuldan əldə edilir. insan orqanizmi üçün xeyirli 7 növ arı məhsulu var ki, onun sonuncusu hər kəsin tanıdığı baldı. Bəs digər məhsulları hansıdı? Bu barədə arıçının özü danışıb.

 

Arıçılıq sənəti arı məhsulu əldə etməklə yanaşı, həmçinin insanda gözəl istirahət və əsəb sakitliyi yaradır.