• 03:16

Neftçalada 8 yaşlı uşaq dərman içərək zəhərlənib

12 Avqust 2017, 16:45

Neftçalada 8 Yaşli Uşaq Dərman Içərək Zəhərlənib. Hadisə Neftçala rayonunun Qaçaqkənd kəndində qeydə alınıb.

 

İnterAz xəbər verir ki, kənd sakini, Vəzifə Vüsal qızı Rəcəbli evdə nəzarət qaldığından stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udub və qəfil vəziyyəti pisləşib. Azyaşlı qızın vəziyyətinin ağır olduğunu görən doğmaları onu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəyə ilki tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Reanimasiya şöbəsində yerləşdirilən Vəzifə Rəcəbli koma vəziyyətindədir. Bakıdan həkim gəlişi gözlənilir.