• 11:59

“Oxu, Azərbaycan” layihəsinə start verilib

12 Sentyabr 2017, 13:56

Kitab oxumaq insanın özünü inkişaf etdirməsi üçün ən vacib amillərdən biridir. Hər kəsə kitab oxumağı sevdirəcək yeni bir layihə artıq öz fəaliyyətinə başlayıb. Belə ki “Oxu Azərbaycan” layihəsi çərçivəsində təmannasız olaraq  şəhər sakinlərinə və şəhərimizin qonaqlarına kitablar  paylanılıb. Layihənin rəhbərinin sözlərinə görə, “Oxu Azərbaycan” ın əsas məqsədi insanlarda kitaba olan marağı artırmaq, gənclərimizi yerli və dünya ədəbiyyətı ilə daha yaxından tanış etməkdir.

Keçirilən bu aksiyaya yetərincə maraq hiss olunurdu. Çünki, kitabsevərlər  konüllü olaraq layihədə iştirak edir və “Hər kəsə bir kitab oxuyaq şüarını” əsas tutaraq,  yorulmadan insanlara kitab paylayırdılar.

Ümid edirik ki, bu cür layihələrin daha sıx keçirilməsi gənclərimizin daha savadlı yetişməyinə səbəb olacaq.