• 12:03

İnqilab Nadirovun səhhəti ilə bağlı heç bir məlumat verilmir

13 Sentyabr 2017, 11:19

Dəfələrlə şahidi olmuşuq ki, xəstəxanalardan media işçilərinə tanınmış insanların səhhəti ilə bağlı heç bir məlumat verilmir. Bu dəfə də biz belə bir mənzərə ilə rastlaşdıq. Belə ki, məlumunuzdur ki, məhşur şair,dramaturq, ictimai siyasi-xadim İnqilab Nadirov Mərkəzi kliniki xəstəxanaya yerləşdirilib. Bizdə xəbər tutar-tutmaz yollandıq sözügedən məkana. Bizi maraqlandırdığı kimi də minlərlə İnqilab Nadirov sevənlərin də narahatlığına bir aydınlıq gətirmək istədik. Amma qarşılaşdığımız mənzərə heç də ürək açan olmadı.

Mühafizə  bizi qarşılayıb gözləməyimizi söylədi. Biz də gözlədik. Amma dəqiqələr ötdukcə bizə nə bir yaxınlaşan oldu nədə ki bir maraqlanan. Yalnız tək bir söz deyirdilər,  gözləyin xəbər edəcəyik.

Xəbər gözləməkdən gözümüz yollarda qaldı. Amma nə bir həkim gəldi, nə də bir məlumat verən. Biz də 2 saatdan çox orda olduğumuz müddətdə heç bir məlumat verilmədiyini görüb dedik geri qayıdaq. Yəqin ki, bu mənzərə heçkəsin ürəyincə deyil. Çünki dahi şəxsiyyətin səhhəti barədə məlumat almaq başda media olmaqla hər bir kəsin haqqıdır. Çünki media xalqın gözüdür. Bu gözlə də xalq olanları görür. Yəqin ki, bu süjetimiz efire gedəndən sonra bizə məlumat vermək istəyən bir məsul şəxs əlaqə saxlayar, çünki minlərlə izləyici hələdə narahatdır. Onu da qeyd edək ki,
İnqilab Ədil oğlu Nadirov (Nadirli) — Şair, dramaturq, publisist, ictimai- siyasi xadim, Azərbaycan Respublikası Ali Sovetinin üç çağırış (1980- 1995-ci illər) deputatı: o cümlədən ilk Milli Məclisinin üzvü (1991-1995) olmuşdur. O, iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor, Türk Dünyası Araştırmaları Uluslararası elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyalarının Akademiki, eləcə də Azərbaycan və Rusiya Yazıçılar ittifaqlarının üzvüdür.