• 12:03

İrəvan xanlığı ilə bağlı yeni əsərlərin təqdimatı olub

13 Sentyabr 2017, 15:41

İrəvan xanlığı ilə bağlı yeni əsərlərin təqdimat mərasimi keçirilib.

Dörd adda broşür şəklində yer alan həmin əsərlərdə İrəvan torpağının qədim Azərbaycan torpağı olması barədə tarixi faktlar yer alıb. “İrəvan xanlığının paytaxtı-İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” və “İrəvanxanlığının mahalları”adlı kitabçaların müəllifi tarixçi alim Güntəkin Nəcəfli,”İrəvan xanlığının əhalisi” adlı kitabçanın müəllifi isə tarixçi alim İradə İbrahimovadır.

Milli məclisin deputatı Yaqub Mahmudov jurnalistlərə müsahibəsində bildirib ki, yeni nəşrlər ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesajdır. 

Bildirək ki, təqdim olunan kitabçalar Tarix İnstitunun Elmi Şurasının qərarı ilə çap olunub. Layihənin davamı olaraq gələcəkdə Qarabağ həqiqətlərini real faktlarla əks etdirən yeni kitabçaların nəşri nəzərdə tutulur.