• 22:57

Qulaqcıqlardan çox istifadə sağlamlıq üçün təhlükədir

10 Oktyabr 2017, 14:24

Çox nadir hallarda janrından asılı olmayaraq musiqi dinləməyi sevməyən insana rast gəlmək olar. Elə bu sevgi qulaqcılara olan marağı da artırır. Ancaq bu maraq özümüzdə bilmədən həyatımız üçün risk amili yaradır. Paytaxda apardığımız müşahidələr də bunu deməyə əsas verir. Məsələn, elə qulaqcıqlarla yolu keçənlərdən danışaq. Əksəriyyəti ətrafdakı səsi eşitmədən yol keçir, bu isə hər an təhlükə deməkdir. Bundan başqa da qulaqcıqların zərəri kifayət qədərdir.

Elə zərərlərini bildikləri halda qulaqcıqları həyatının ayrılmaz hissəsinə çevirlənlər də az deyil.

Ancaq məsələnin digər tərəfi də var. Son günlər standartlara cavab verməyən qulaqcıqlar satan mağazaların sayı kifayət qədərdir. Qiymətlərin aşağı olması da alıcıların belə mağazalara olan marağını  artırır. Bu isə ikiqat təhlükədir. Mütəxəssislər keyfiyyətinə əmin olmadıqları qulaqcıqlardan istifadə etməyi məsləhət görmürlər. Həkimlər isə bundan gün ərzində bir saatdan çox istifadə etməyi düzgün hesab etmirlər.

Həmçinin qulaqcıqlardan həddən artıq çox istifadə sinir sisteminin pozulması ilə də nəticələ bilər.

Odur ki, diqqət edin. Diqqət edin ki, sevdiyiniz bu vərdişlər ucbatından sağlamlığınızdan olmayasınız.