• 23:06

Saatlıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

11 Oktyabr 2017, 15:08

Saatlıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xaçmaz sakini saxlanılıb. Hadisə Saatlı şəhərində qeydə alınıb. Belə ki, rayon polisinin keçirdiyi əməliyyat tədbirləri zamanı Xaçmaz rayon sakini, 54 yaşlı Orucağa Mirzalıyev şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilən zamanı 3 kiloqramdan çox narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı məlum olub ki, o, narkotik vasitəni Gəncədən istintaqa hələlik məlum olamayan mənbədən əldə edib və satmaq məqsədilə Saatlıya gətirib.

Saxlanılan şəxsin əvvələr də dəfələrlə məkumluq həyatı yaşadğı bildirilir.

Faktla bağlı araşdırma aparılır.