• 12:56

Payız fəslində istirahət üçün hara gedək?

11 Oktyabr 2017, 16:10

Bir çox insanlar düşünür ki, ancaq yayda tətilə çıxmaq mümkündür. Bağ, dəniz, günəş, qum vəssalam, bununla da tətil bitdi. Payızı yağışlı, palçıqlı, küləkli günlər adlandıraraq həmin fəsildə nə istirahət deyə düşünənlər kifayət qədər olsa da, bunun əksini düşünənlər də var. Hətta buna görə yay uzunu işləyib, öz məzuniyyətini payız fəslinə saxlayanlar belə.Payızın rəngarəngliyini, yağışın gözəlliyini açıq havada yaşamaq istəyənlər üçün vaxt gəlib yetişib. Turizim eksperti Ruslan Quliyev qeyd edib ki, müşahidələr göstərir ki, artıq 3-4 ildir  turizim mövsümi xarakterdən çıxıb.

Xaricə üz tutmaq istəyənlərə mütəxəssislər payızın ən gözəl və rəngarəng keçdiyi bu yerləri məsləhət görürlər. Belə ki, hazırda Dubay, Misir və Şarm-əl-Şeyxə gedənlər daha çoxdur. Yox əgər məcburiyyət səbəbindən məzuniyyətiniz payız fəslinə düşüb ama siz qumlu, dənizli tətil xəyalindasızsa, o zaman bildirək ki, Antaliyada dəniz mövsümü hələ də davam edir. Xaricdən Azərbaycana gələn turistlərin sayında isə payızda kəskin azalma müşahidə edilir. Hazırda gələnlər arasında ərəb, İran və İraq turistləri çoxluq təşkil edir. Azərbaycanın daxilinə gəlincə isə Quba, Xaçmaz, Qusar da daxil olmaqla bu bölgələrə payiz fəslində daha çox üz tutulur.

Qeyd edək ki, payızda tətilə çıxmaq yayda tətilə çıxmaqdan daha ucuz başa gəlir. məsələn, əgər yay aylarında qonşu Türkiyədə 600 manata istirahət etmək mümkün idisə, indi bu qiymət 30-40 faiz ucuzlaşıb. Odur ki, sizə xoş istirahətlər.