• 23:04

Tovuzun Qovlar şəhərində dostluq parkı salınır

11 Oktyabr 2017, 12:04

Tovuz rayonun Qovlar şəhərində daha bir istirahət parkının açılışı üçün, parkda son tamamlanma işləri aparılır. Bu istirahət parkının adı Fransanın Konyak şəhəri ilə Tovuz rayonun qardaşlaşma adını daşıyacaq. Qeyd edək ki, 10 aprel 2015-ci il tarixində  Tovuz rayon rəhbərliyinin Faransanın Konyak şəhərinə səfəri zamanı, Konyak şəhərinin meri cənab Mişel Qurinçasla Tovuz rayonu İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov tərəfindən “Qardaşlaşma” protokolu imzalanıb. Ötən ilin dekabr ayında isə Fransanın Konyak şəhərinin meri cənab Mişel Qurinças Tovuz rayonuna səfər edib və rayonun Qovlar şəhərində hər iki şəhərin dostluğunun adını daşıyacaq yeni istirahət parkının təməlini qoyublar.

Qeyd edək ki, parkın ümumi ərazisi 3.2 hektar olacaq. Parkda uşaqların, gənclərin və yaşlı insanların istirahəti üçün hər cür şərait yaradılacaq.  

Şəhər bələdiyyəsinin sədri və Qovlar şəhər sakinləri son dövrlər Qovlarda aparılan abadlıq, quruculuq işlərinə və həmçinin yeni salınan parka görə ölkə prezidentinə və Tovuz rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.