• 23:06

Xəstəxana binasının qəzalı vəziyyəti stasionar şöbədə bir sıra problemlər yaradıb

11 Oktyabr 2017, 16:53

Bura, Tovuz rayonunun Qovlar şəhər xəstəxanasıdı. 50 çarpayılıq Tovuz rayon, Qovlar şəhər xəstəxanası savadlı həkim potensialına görə regionda ən yaxşı xəstəxanalardan biri hesab edilsə də, binanın qəzalı və acınacaqlı vəziyyətdə olması, stosionar şöbədə bir sıra çətinliklər yaradıb. Qeyd edək ki, Qovlar şəhər xəstəxanasının həkimlərinə Tovuz rayon sakinləri ilə yanaşı Azərbaycanın qərb rayonları olan Qazax, Ağstafa, Gədəbəy və digər rayonlardan olan  xəstələr də müraciət edirlər. Xəstələr bura müraciətlərini müasir tibbi avadanlıqların və savadlı həkimlərin olması ilə əlaqələndirib. Lakin xəstəxana binasının acınacaqlı vəziyyəti  xəstələrin də narazılıqlarına səbəb olub.

Müxtəlif mərkəzi xəstəxanalardan təkilif aldıqlarını, lakin öz çalışdıqları doğma xəsətxanalrında işləməyə daha çox üstünlük verdiklərini deyən xəstəxananın həkimləri də buranın təcihizatından razı qaldıqlarını, lakin binanın acanacaqlı olmasından gileyləndilər.  

Xəstəxananın baş həkimi Fazil Əliyev isə problemin yaxın zamanlarda öz həllini tapacağını bildirdi.

Əgər Səhiyyə nazirliyi tərəfindən xəsətxanaya baxış keçirilibsə, deməli, yaranmış problemin həlli istisna edilmir. Odur ki, istər həkimlərə, istərsə də  tibb ocağına müraciət edən xəstələrə ümid edib verilən vədlərin yerinə yetirilməsini gözləmək qalır.