• 22:56

Gəncədə korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilir

10 Oktyabr 2017, 15:43

Gəncə şəhərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə icra edilən “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Gəncə “ASAN xidmət” mərkəzinin birgə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə” və “Dövlət qulluğunda etika” mövzuları üzrə 54 dövlət qulluqçusuna 2 günlük təlim keçirilir.

Qeyd edəək ki, təlimçilər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Avropa Şurası tərəfindən birgə keçirilmiş “Anti-korrupsiya mövzusu üzrə təlimçilər üçün təlim” proqramının məzunları olan “ASAN xidmət” mərkəzi, Dövlət İmtahan Mərkəzi, “ADA” və Bakı Dövlət universitetlərinin nümayəndələridir.