• 12:58

Daşkəsəndə iki böyük elektrik stansiyası istifadəyə verilib

10 Oktyabr 2017, 15:59

Daşkəsən rayonu ölkənin sərt iqlim şəraitli bölgəsidir və orada hər fəslin özünəməxsus xüsusiyəti mövcuddur. Belə ki, dəniz səviyyəsindən 1800 metrə qədər yüksəklikdə yerləşən Daşkəsən rayonu qış aylarına digər bölgələrdən 1 ay əvvəl hazırlıq görür, çünki dağlıq ərazi olduğu üçün yağışlar, normadan artıq qar yağdığında dağ ətəyi kəndlərlə bəzən rayonun əlaqəsi kəsilir. 

Daşkəsən rayon elektrik şəbəkəsi rayon ərazisində çürümüş dirəkləri dəmir dirəklərlə əvəz edərək yeniləyib və naqilləri müasir naqillərlə əvəz edib. Bundan əlavə rayon və kəndlərdə yaşayış çoxaldıqdan və enerjiyə daha çox ehtiyac olduğundan rayon ərazisində iki böyük elektrik stansiyası tikilərək istifadəyə verilib, köhnə transformatorlar yeni müasir transformatorlarla növbəli şəkildə yenilənib. Rayon ərazisi və kəndlərə tamamilə elektron sayğaclar quraşdırılıb. Bölgədə keçən ilin müvafiq ayı ilə müqayisədə yığımda 17 faiz artım olub.

Bu görülən işlərin nəticəsi olaraq Ə.Rzayev bildirib ki, rayon ərazisində elektrik şəbəkəsində qış mövsümü heç bir problem olmayacaq.