• 20:38

Türkiyə səfiri: "Ərdoğan oktyabrın 30-da Bakıya gələcək"

12 Oktyabr 2017, 14:24

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək.
 

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir həmçinin Azərbaycan-Türkiyə münasibətlərinə də toxunaraq bildirib ki, Azərbaycan və Türkiyə münasibətlərini daha da inkişaf etdirməlidir.

 

Hazırda ABŞ və Türkiyə arasında yaşanan viza gərginliyi ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin tez bir zamanda həllinə ümidvar olduğunu dilə gətirib.