• 23:14

Meşə zolaqlarında aqro-meşə massivləri salınır

12 Oktyabr 2017, 17:17

Ümüm ərazisi 11,496 hektar təşkil edən bu ərazidə ceyran, ayı, tülkü, canavar, ox atan kirpi, çaqqal, dovşan və digər bir çox heyvana rast gəlmək mümkündür. Bu meşələrdə hər il meşə bərpa işləri aparılır. Aqranomluğu inkişaf etdirmək məqsədi ilə 250-300 hektar ərazidə aqro-meşə massivləri salınır.

Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi artıq 40 hektar ərazidə yeni meyvə ağacları əkib, 10 hektara əkilən 6670 ədəd tut ağaclarıdır və 30 hektar sahəyə isə 4680 ədəd qoz ağacları əkilib. Payız mövsümündə isə yenə də 60 hektar əraziyə relyefə uyğun olaraq qoz ağacları əkini gözlənilir.

Həmçinin qış mövsümü ərzində yanacaq vasitəsi kimi odundan istifadə edən əhaliyə, müəssisə və təşkilatlara əvvəlcədən odun tədarükü proqnozlaşdırılmış və xəstə ağaclardan və tör-töküntülərdən tədarük görülmüşdü.

Bununla yanaşı kəndlilərə məxsus mal-qaranın mühafizə olunan yaşıllıq zolağına ziyan verməməsi üçün meşə massivinin yaşayış məntəqələrinə yaxın ərazilərinə 5 kilometrə dək çəpər çəkilib.