• 20:39

Əbülfəs Qarayev: "Baku shopping festival"a 400-dən çox ticarət obyekti qoşulacaq

12 Oktyabr 2017, 13:12

II Bakı Ticarət Festivalı oktyabrın 15-də başlayacaq. Bununla bağlı keçirilən mətbuat konfransinda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  festivala 400-dən çox ticarət obyektinin qoşulacağını deyib. Onun sözlərinə görə, noyabrın 15-dək davam edəcək festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən mağazalardan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər.

Nazir qeyd edib ki, bu dəfə 167 turizm şirkəti və 15-ə qədər hotel festivala qoşulub.Ə.Qarayev vurğulayıb ki, gələn il də festivalın mövsümarası ərəfələrdə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına karta köçürmə yolu ilə əldə edilə bilər. Eyni zamanda Müştərilərin hansisa naraziliqlari olsa  o zaman 157 çağri xidmətinə zəng edə bilərlər. Xatırladaq ki, I Bakı Ticarət Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçirilib.