• 18:04

Gələn il Bakıdan Gəncəyə sürət qatarı açılacaq

13 Oktyabr 2017, 16:42

Bakı-Tbilisi –Qars dəmiryolunun oktyabr ayının 30-da yük qatarlatının hərəkəti üçün rəsmi açılışı olacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib. Onun sözlərinə görə, Bakı –Tbilisi-Qars Dəmiryolu vasitəsilə yük daşımalarında fərqli tariflər olacaq. Tariflər daşınan yükün növündən asılı olaraq dəyişəcək.

Sərnişin daşımaları isə gələn ildən fəaliyyətə başlayacaq. Bu məqsədlə İsveçrənin "Stadler Group" şirkətinə 30 ədəd sərnişin vaqonu sifariş verilib.

Həmçinin növbəti il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması nəzərdə tutulub. Qatarın paytaxtdan Gəncəyə təxminən 4 saata çatacağı hesablanıb.

Cavid Qurbanov Bakı ilə Naxçıvan arasında dəmiryolu əlaqəsinin yaradılması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, dəmiryolu xətti Türkiyə və ya İran üzərindən mümkün ola bilər.

Bunun üçün əvvəla Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu isə Türkiyənin ərazisindədir və layihənin dəyəri 2-2,5 mlrd. dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı hələlik məlum deyil. İrana gəlincə isə...

Qeyd edək ki, bugün “Azərbaycan dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətində dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan təntənəli yığıncaq keçirilib.