• 18:05

Mingəçevir sakini ata evini diqqət çəkən etmək üçün iki qardaş ölkənin bayrağına bürüyüb

13 Oktyabr 2017, 11:14

Bir tərəfdə Azərbaycan, digər tərəfdə Türkiyə bayrağı əks olunub. Görənlər binanı konsulluq və ya səfirlik olduğunu zənn edirlər. Görüntülər Mingəçevirdə lentə alınıb. Şəhər sakini Mayıl Şamxalov ata evini diqqət çəkən etmək üçün iki qardaş ölkənin bayrağına bürüyüb. Uzun illərdir Mingəçevirdə yaşayan birinci qrup əlil uşaqlıq arzusunu 300 manatdan artıq xərc çəkərərək ərsəyə gətirib.

Ev sahibin sözlərinə görə, onun mənzili sosial şəbəkələrin də bəzəyinə çevirilib. Şamxalovlar yerli sakinlərin, şəhərə gələn turistlərin bu ünvana gəlib şəkil, video çəkdiyini bidirirlər.

Qeyd edək ki, ev sahibinin atası Abdulla kişi Türkiyə vətəndaşı olub. Nuru paşanın ordusunda xidmət edərəkən Azərbaycana gəlib və burada yaşayıb.