• 04:42

“Rich interior” –zənginlik meyarı

13 Oktyabr 2017, 16:15

Mehin yellədiyi zərif tül pərdəli geniş pəncərə, üfüqlərə qədər uzanan sakit və mavi dəniz, bol günəş, işıqlı nəhayyətsiz əngin səma, rahatliğın höküm sürdüyü zəngin məkanlar. Həyat gözəldir deyilmi? Zəngin həyat isə ondan da gözəldir. Odur ki, sizə əsl zəngin həyatı vəd edən "Rich interior"i təqdim edirik.

Yaşayış, əyləncə və iş yerinin döşəmə, tavan və divar örtükləri hər zaman nəyisə gizlətməyə deyil, çox zaman harmoniyanın tərənnümünə xidmət edir. Bəlkə də zənginlik dediyimiz zaman üstün qimətlər canlandı gözünüzdə. Ancaq biz zəngilik dediyimiz zaman məhsullarımızın keyfiyyətini nəzərdə tuturuq, həm də elə cibimizə uyğun ən münasib qiymətlərə.

İtaliya, İspaniya kimi ölkələrə məxsus brendlərin istehsahlı olan mətbəx və hamam mebelləri rahatlığınızın keşiyində dayanacaq. Kafel, metlak, keramika, taxta, parket döşəmələr, divar kağızı və işiqlandırma, hamam aksesuarları və santexnika məhsulları, biz sözlə evinizin gözəlliyini və zənginliyini təmin edəcək hər şey "Rich interior"də var. Yetər ki, bu gözəlliyi dəyərləndirməyi bacaraq.

Zəngilik bir həyat tərzidir. Çoxumuzu düşündürən və ən az bir dəfə də olsun öz ozümüzə verdiyimiz bir sual yaşadiğım və ya yaşayacağim mənzilə rahatlığı kim və necə getirəcək? Elə isə biz sizə yardımçı olaq, o rahatlığı gətirəcək şəxs elə siz, ünvan isə "Rich interior" olsun.