• 13:50

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzi Şəmkirdə aksiya keçirib

10 Noyabr 2017, 14:15

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Şəmkir rayonunda Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə haliyə tibbi yardım göstərib.

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, aksiyanın təşkilatçılıq işlərinə dəstək göstərən Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin eli təşkilat şöbəsinin müdiri, fəlsəfə üzrə direktor Yazgül Abdiyeva isə juralistlərə bildirib ki, burada əsas məqsəd dünyanın mübarizə apardığı korluğun qarşının alınması prosesində fəal iştirak etməkdir. Aksiya çərçivəsində gözlə bağlı olan xəstələrə müayinə yazılır, bir sıra məsləhərlər verilir, onların müalicəsi aparılır.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 13 noyabr-Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə noyabrın 9, 10, 11-də Şəmkir və Tovuz rayonlarında əhaliyə tibbi yardım göstərəcək. Hər rayonda 200-dən çox pasiyentin göz müayinəsindən keçirilməsi, 25-30 xəstənin isə əməliyyat olunması nəzərdə tutulub.

Səyyar Klinika noyabrın 9-da Şəmkirdə, 10-u və 11-də Tovuz rayonunda olacaq.